Cəlilabadda evdən külli miqdarda pul oğurlanıb

  31 Mart 2020    Oxunub : 1768
Cəlilabadda evdən külli miqdarda pul oğurlanıb
Cəlilabadda evdən külli miqdarda pul oğurlayan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin ( DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Cəlilabad rayonu ərazisindəki evlərin birindən 1.200.000 rubl (31.800 manat), 19.500 ABŞ dolları və 15.000 manat, habelə qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.İbayev rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Oğurluq