31 dekabrda hava necə olacaq?

31 dekabrda hava necə olacaq?
  30 Dekabr 2013    Oxunub:1222
Sabah ölkə ərazisində hava yağmursuz keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildirilib ki, dekabrın 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı gözlənilir. Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacağı proqnozlaşdırılır. Hava gün ərzində əsasən yağmursuz olacaq. Çənub-qərb küləyi axşam şimal küləyinə keçəcək.

Havanın temperaturu gündüz 5-10 dərəcə isti, axşam 2 dərəcəyədək isti, gecə 2-5 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən, yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Şərq rayonlarında havanın çiskinli olacağı gözlənilir. Mülayim şərq küləyi səcəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 1-6 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, Naxçivan Muxtar Respublikasında gecə 15-20 dərəcə, bəzi yerlərdə 23 dərəcəyək şaxta, gündüz 8-13 dərəcə şaxta olacaq.


Teqlər:





Xəbər lenti