Operativ Qərargah: 11 nəfərin vəziyyəti ağırdır

  31 Mart 2020    Oxunub : 2763
 Operativ Qərargah: 11 nəfərin vəziyyəti ağırdır
Hazırda Azərbaycanda koronavirusa yoluxmuş 267 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 11 nəfərin vəziyyəti ağır, 15 nəfərin vəziyyəti isə orta ağırdır.

Bu barədə Azvision.az -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Qeyd olunub ki, müxtəlif karantin zonalarına yerləşdirilən 4602 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Azvision.az

Teqlər: Qərargah   Koronavirus