“Azərbaycan dünyada nümunə olaraq göstərilir”

“Azərbaycan dünyada nümunə olaraq göstərilir”
  30 Dekabr 2013    Oxunub:1238
Bu gün Azərbaycanın regionun lider dövlətinə çevrildiyi dövrdə, dünya müstəvisində səsinin eşidildiyi vaxtda dünya azərbaycanlılarının həmrəyliyinə daha böyük ehtiyac var. Ona görə də bir daha bütün dünya azərbaycanlılarını həmrəyliyə çağırıram. Onları bir yerdə olmağa, Azərbaycan dövlətinin, onun Prezidentinin ətrafında sıx birləşib ümummilli lider Heydər Əliyevin arzularını birlikdə həyata keçirməyə çağırıram.
Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Diaspora İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.

Komitə sədri qeyd edib ki, ümummilli lider Heydər Əliyev dünya azərbaycanlılarına çox böyük bayram günü - Bu da Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qismət edib. O, dünya azərbaycanlılarının bir araya gətirərək hər bir azərbaycanlını "mən fəxr edirəm ki, azərbaycanlıyam" deyə deməyə sövq edib. Bu gün artıq dünya azərbaycanlıları harada yaşamasından asılı olmayaraq, "biz azərbaycanlıyıq" deyib fəxr edə bilirlər: "Bu gün Azərbaycan sürətlə inkişaf edir. Azərbaycan xoşbəxtliyi həm ondadır ki, Prezident İlham Əliyev ümummilli liderin ideyalarını daha da irəliyə apara bilib. Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirə bilib. Azərbaycanda bütün sahələr elə sürətlə inkişaf edir ki, artıq dünya ölkələri sırasında artıq Azərbaycan nümunə olaraq göstərilir. Əlbəttə ki, dostlarımızı sevindirdiyi qədər düşmənlərimizi də narahat edir".

N.İbrahimovin hesab edir ki, Azərbaycanın haqq səsinin dünyaya çatırılmasında diasporun xüsusi rol var: "Arzu edirəm ki, gələcəkdə Azərbaycanıın səsi bütün dünyadan gəlsin, Azərbaycanın bütün problemləri həll olunsun, torpaqlarımız işğaldan azad edildin. Azərbaycanın haqq səsinin eşidilməsində dünyada yaşayan hər bir azərbaycanlının xüsusi rolu var. biz də bu işə xüsusi əhəmiyyət veririk. Hər bir azərbaycanlıya yüksək dəyər verərək hesab edirik ki, bu xoşbəxt xalqın hər bir nümayəndəsi xoşbəxt olmalı, bir olmalı, hər zaman əl-ələ verib azərbaycançılıq ideologiyasını irəli aparmalıdırlar".

Qeyd edək ki, bu gün Azərbaycan Diaspora İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, komitənin əməkdaşları, xarici ölkələrdəki bir sıra diaspor təşkilatlarının nümayəndələri Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, onun və tanınmış oftalmoloq Zərifə Əliyevanın məzarı önünə əklil qoyublar.


Teqlər:





Xəbər lenti