Rəsmi Bakı Rusiyadakı terroru pislədi

Rəsmi Bakı Rusiyadakı terroru pislədi
  30 Dekabr 2013    Oxunub:1403
Azərbaycan Xarici İşlər Nazirliyi Volqoqrad şəhərində baş vermiş terror aktlarını pisləyib.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinə istinadən AzVision.az xəbər verir ki, XİN Rusiyanın Volqoqrad şəhərində dəmir yolu vağzalında və ictimai nəqliyyatda baş vermiş terror aktlarını qəti şəkildə qınayır.

Bu terror əməlləri nəticəsində həyatlarını itirmiş şəxslərin ailələrinə və yaxınlarına və Rusiya xalqına başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını ümid etdiklərini bildirir.

Məlumatda deyilir ki, terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini pisləyir.

Qeyd edək ki, ötən gün və bu gün Rusiyanın Volqoqrad şəhərində terror aktı baş verib. Ümumilikdə 30-dan çox şəxs ölüb və 50-ə yaxın yaralı var.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti