Bakıda narkotacir saxlanıldı

Bakıda narkotacir saxlanıldı
  01 Aprel 2020    Oxunub:2094
Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirirlər.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini S.Məmmədov Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 2 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az





Teqlər: DİN  





Xəbər lenti