Azay Quliyev QHT-ləri təbrik etdi

Azay Quliyev QHT-ləri təbrik etdi
  30 Dekabr 2013    Oxunub:1282
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev QHT-ləri təbrik edib.
Təbrikdə deyilir ki, artıq 21 ildir, dünyanın müxtəlif ölkərində məskunlaşan 50 milyondan çox azərbaycanlı 31 dekabr gününü həmrəylik bayramı kimi qeyd edir. Bu illər ərzində müstəqil Azərbaycan bütün sahələrdə dinamik şəkildə inkişaf edərək, bu günkü qüdrətli və nüfuzlu dövlətə çevrilib.

“Sevindirici haldır ki, yola saldığımız 2013-ci il də Azərbaycan üçün çox uğurlu il olmuşdur. Məhz bu ildə ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi sahələrdə əldə etdiyi nailiyyətlər onun dünya ölkələri sırasındakı mövqeyini daha da gücləndirmiş və beynəlxalq nüfuzunu artırıb. Bu gün əminliklə deyə bilərik ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə güclənən və inkişaf edən ölkəmiz hər birimizin qürur mənbəyinə çevrilib. Bu nailiyyətlər dövlətimizin daim artan diqqəti nəticəsində vətəndaş cəmiyyətinin və onun ayrılmaz tərkib hissəsi olan qeyri-hökumət təşkilatlarının inkişafında da özünü göstərməkdədir.

Sizləri qarşıdan gələn yeni 2014-cü il və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə ürəkdən təbrik edir, xoşbəxt, firavan, səadət dolu günlər arzulayıram.

İnanıram ki, bütün soydaşlarımız, xüsusi ilə vətəndaş cəmiyyətinin nümayəndələri növbəti ildə də dövlətimizin ətrafında daha sıx birləşərək, milli mənafelərimizin qorunması istiqamətində səylərini artıracaqlar”,- deyə təbrikdə bildirilir.



Teqlər:





Xəbər lenti