Baş nazir eks-prezidentlərlə bağlı QƏRAR verdi

Baş nazir eks-prezidentlərlə bağlı QƏRAR verdi
  30 Dekabr 2013    Oxunub:967
Nazirlər Kabineti “Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2012-ci il 13 avqust tarixli 181 nömrəli qərarına dəyişiklik edib.

APA-nın məlumatına görə, indiyə qədər “Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya qanununa uyğun olaraq Azərbaycan Respublikasının keçmiş prezidentinə aylıq pensiya və təmsilçilik xərclərinin, keçmiş prezidentin ailə üzvlərinə isə aylıq müavinətin ödənilməsi Dövlət Sosial Müdafiə Fondu vasitəsilə bu məqsədlə dövlət büdcəsindən ayrılmış vəsait hesabına qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilib.

Dəyişikliyə əsasən Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya qanununa uyğun olaraq Azərbaycan Respublikasının keçmiş prezidentinə aylıq pensiya və təmsilçilik xərclərinin ödənilməsi Dövlət Sosial Müdafiə Fondu, keçmiş prezidentin ailə üzvlərinə aylıq müavinətin ödənilməsi isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsilə bu məqsədlə dövlət büdcəsindən ayrılmış vəsait hesabına qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçiriləcək.


Teqlər:  





Xəbər lenti