Masallı polisi 10 ailəyə ərzaq yardımı etdi
Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq əhali arasında fərdi izahetmə-xəbərdarlıq işlərinin aparılması məqsədilə şəhər və kəndlərdə sakinlərlə maarifləndirici söhbətlər aparılır, vətəndaşlar qaydalara riayət olunmasına dəvət edilir, infeksiyanın sürətlə yayılma riski və törədə biləcəyi fəsadlar barədə ətraflı məlumatlar verilir. Sakinlərə xüsusi karantin rejiminin tələblərinə və gigiyenik normalara ciddi əməl etmələri tövsiyə edilir.
Həmçinin polis əməkdaşları tərəfindən şəhər ərazisində xidmət aparılan zaman karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən obyekt sahibləri barəsində karantin rejim qaydalarını pozduqlarına görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub və fəaliyyətləri dayandırılıb.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları eyni zamanda tənha yaşayan, çoxuşaqlı və aztəminatlı ailələrə də mütəmadi baş çəkir, onlara ərzaq yardımı edilir. Sonuncu bu cür tədbir zamanı rayonun müxtəlif ərazilərində yaşayan 10 ailəyə ərzaq məhsullarından ibarət bağlamalar gətirib və onlara öz evlərində təqdim ediblər
Bu istiqamətdə tədbirlər karantin rejimi müddətində davam etdiriləcək.
Azvision.az