Bakı sakinindən 5 kq-dan çox heroin götürülüb

  03 Aprel 2020    Oxunub : 1212
Bakı sakinindən 5 kq-dan çox heroin götürülüb
Bakıda keçmiş məhkum narkotiklə tutulub.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Binəqədi qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Əliyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 21 qrama yaxın, yaşadığı evdən isə 5 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.

Azvision.az

Teqlər: Narkotik   Bakı