Kamran Əliyev: Polisin günahı araşdırılır

Kamran Əliyev: Polisin günahı araşdırılır
  31 Dekabr 2013    Oxunub:2081
8 ölümün səbəbkarı polisdirmi? - ŞOK VİDEO

“Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisində keçən hissəsində baş verən dəhşətli qəzada polisin günahı araşdırılır”. AzVision.az AzNews.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib. Onun sözlərinə görə, Bakı-Şamaxı yolunun Abşeron rayonu ərazisində toplaşmış bir qrup şəxs bu hadisədə polisi günahlandırdılar. Amma hadisə araşdırılmamış polisi günahlandırmaq düzgün deyil: “Polisin bu hadisədə günahının olub-olmamasını aparılmış araşdırmanın nəticəsində bilmək mümkün olacaq. Hazırda baş vermiş qəza ilə bağlı video görüntülər, avtomobil sürücüsünün polisə tabe olmadan hadisə yerindən qaçması və digər görüntülər var. Amma bu haqda da nə isə demək tezdir. Araşdırmanın nəticəsindən asılı olaraq müvafiq qərar qəbul olunacaq”. K.Əliyev “Polisin sürücüyə saxla-dur əmrini yerinə yetirilməyən avtomobili təqib etmək səlahiyyəti varmı” sualını da cavablandırıb: “Bu hadisədə polis tərəfindən sözügedən avtomobil təhrik olunmayıb. Kim bunu deyirsə, fikir yanlışdır. Digər tərəfindən yol polisi haqqında qanunvericilikdə də var ki, sürücü hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradırsa, əlbəttə sürücü polis tərəfindən təqib oluna bilər”.

Bu arada sosial şəbəkədə sonradan qəza törədən həmin avtomobili polisin saxlaması, mübahisə və sürücünün polisin tələbinə tabe olmadan, hadisə yerindən uzaqlaşdığını əks etdirən video-görüntü yayılıb. Bu video-görüntünü əsas götürən valideynlər övladlarının ölümündə polisin avtomobili qovması iddiasını irəli sürürlər. Maraqlı məqam isə odur ki, videoda görünən VAZ 2107 markalı avtomobilin Bakı-Şamaxı yolunun təxminən 40-cı km-dən Şamaxıya istiqamətləndiyi görünür. Qəza isə həmin bu avtomobilin Bakıya doğru qayıtdığı vaxt baş verib.




Teqlər:  





Xəbər lenti