Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər - Bakı şəhər sakinləri E.Rəsulov, R.Orucəliyev və C.Həsənov saxlanılıblar.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onların kirayədə yaşadıqları evdən 15 qrama yaxın heroin, 960 qrama yaxın tiryək, 33 qramdan artıq marixuana və metamfetamin aşkar edilərək götürülüb.
Azvision.az