Maşınla vurulan piyada xəstəxanada ölüb

Maşınla vurulan piyada xəstəxanada ölüb
  03 Aprel 2020    Oxunub:1951
Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, aprelin 2-də saat 9 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Y.Əsgərov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Beydulla Qəniyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Qəza   Yol   Piyada  





Xəbər lenti