Qaxda 2 nəfər həbs olundu, 31 sakin cərimələndi

Belə ki, rejim qaydalarını pozaraq heç bir zərurət olmadan çöldə gəzən 2 Qax rayon sakini- Xəyal Rəsulov və Rəsul Əminov polisin qanuni tələbinə məhəl qoymayıb, əməllərini davam etdirdiklərinə görə, saxlanılıblar. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub və baxılması üçün Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxslər inzibati həbs ediliblər.
Həmçinin rayon ərazisində xüsusi karantin rejim qaydalarını pozan 31 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub.
Azvision.az
Teqlər: DİN