Putin İlham Əliyevi təbrik etdi

Putin İlham Əliyevi təbrik etdi
  31 Dekabr 2013    Oxunub:1005
Rusiya prezidenti Vladimir Putin xarici ölkə liderlərini, o cümlədən Azərbaycan prezidenti İlham Əliyevi Yeni il münasibətilə təbrik edib.
Putinin təbrikləri Kremlin rəsmi saytında yerləşdirilib.

Rusiya prezidenti Ukrayna prezidenti Viktor Yanukoviçə göndərdiyi təbrikdə onunla “yoldaşlıq, işgüzar münasibətlərini” xüsusi qeyd edib. Bildirib ki, yeni ildə birgə iş nəticəsində yeni nailiyyətlər əldə edəcəklərinə inanır.

Azərbaycan prezidentinə göndərilmiş təbrikdə Rusiya dövlət başçısı əminlik ifadə edir ki, 2014-cü ildə dost Rusiya-Azərbaycan münasibətləri uğurla inkişaf etməkdə davam edəcək.

Ermənistan prezidenti Serj Sərkisyana göndərilmiş təbrikdə Putin bildirir ki, 2014-cü ildə Ermənistanla tərəfdaşlıq münasibətlərinin inkişafına dair sıx birgə fəaliyyətin davam etdiriləcəyinə inanır. Putin digər MDB liderlərinə də oxşar məzmunlu təbriklər göndərib. (Virtualaz.org )


Teqlər:





Xəbər lenti