Bakıda evdən 5 min manatlıq qızıl oğurlanıb

  06 Aprel 2020    Oxunub : 1180
Bakıda evdən 5 min manatlıq qızıl oğurlanıb
Bakıda mənzildən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 4-də rayon ərazisindəki mənzillərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Abdulqədirov saxlanılıb.

Araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Oğurluq