Şüvəlanda evdən 14 minlik oğurluq edilib

  06 Aprel 2020    Oxunub : 1579
Şüvəlanda evdən 14 minlik oğurluq edilib
Bakıda oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 3-dən 5-dək olan müddətdə Şüvəlan qəsəbəsi ərazisindəki bağ evlərindən birinin həyətindən 14.100 manat dəyərində metal hissələr, 5 ədəd su nasosu və 2 ədəd qaynaq aparatı oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunan T.Ələkbərov saxlanılıb.

Azvision.az

Teqlər: DİN