Şəmkirdə ev yanıb, 4 nəfər xəsarət alıb

   Şəmkirdə ev yanıb, 4 nəfər xəsarət alıb
  07 Aprel 2020    Oxunub:2674
Şəmkir rayonunun Aşağı Seyfəli kəndində ümumi sahəsi 200 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, yanğınsöndürənlər hadisə yerinə çatana kimi müxtəlif xəsarətlər almış 4 nəfər təcili yardım briqadası tərəfindən aidiyyəti üzrə aparılıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğının qəsdən törədildiyi ehtimal olunur. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Azvision.az


Teqlər: Şəmkir   Yanğın  





Xəbər lenti