Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən
Azvision.az -a verilən məlumata görə, aprelin 6-da saat 7 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini Əlihüseyn Vəliyev idarə etdiyi “VAZ-21144” markalı avtomobili yolun kənarındakı yerüstü piyada keçidinin beton dirəyinə vurub.
Nəticədə sürücü və sərnişinlərindən paytaxt sakini Əli Abasquluzadə hadisə yerində ölüb, xəsarət almış digər sərnişini xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Azvision.az