Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 360 manat və tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəhər sakini E.Zeynalov saxlanılıb.