Axtarışda olan narkotacirlər saxlanıldı

Axtarışda olan narkotacirlər saxlanıldı
  08 Aprel 2020    Oxunub:1843
Əlahiddə Çevik Polis Alayı və Nizami RPİ 24-cü PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olanlar - F.Tomarov və Q.Həsənov saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, şəxsi axtarış zamanı Q.Həsənovdan 116 qrama yaxın heroin, 22 qramdan artıq metamfetamin, 3 qrama yaxın tiryək, 52 qram marixuana və metadon aşkar edilərək götürülüb.

a href=https://azvision.az> Azvision.az



Teqlər: DİN  





Xəbər lenti