4239 fərdi ev tikilib istifadəyə verilib

4239 fərdi ev tikilib istifadəyə verilib
  02 Yanvar 2014    Oxunub:1103
Daşqınlardan ziyan çəkən rayonlarda 4239 fərdi ev tikilib istifadəyə verilib.
Kür və Araz çaylarının daşması nəticəsində təbii fəlakətə məruz qalan ərazilərdə yaşayan vətəndaşlar üçün 2013-cü ildə 83 fərdi ev tikilib istifadəyə verilib.

Fövqəladə Hallar Nazirliyindən AzVision.az -a bildiriblər ki, ümumilikdə 2010-cu ilin sentyabr ayından başlayaraq daşqınlardan ziyan çəkən Sabirabad, Salyan, Saatlı, İmişli, Zərdab, Kürdəmir, Hacıqabul, Neftçala, Beyləqan, Füzuli rayonlarında və Şirvan şəhərində yaşayış sahəsi 426 min 688 kvadratmetr olan 4239 fərdi ev tikilib istifadəyə verilib.

Tikintisi, təmir və bərpa işlərinin aparılması nəzərdə tutulan 95 sosial ictimai obyektdən 40-ı yenidən tikilərək istifadəyə verilib, 52-si təmir olunub, 3 obyekt isə bərpa edilib və gücləndirilib.


Teqlər:





Xəbər lenti