Karantin rejimini pozan çay evi aşkarlandı - FOTOLAR
Obyektə baxış zamanı orada olan müştərilərin xüsusi karantin qaydalarını pozduları müəyyən edilib. Obyektin sahibi Səfalı Rüstəmov və müştərilər saxlanılaraq Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə gətiriliblər.
Xüsusi karantin qaydalarını pozan müştərilən barəsində Polis Bölməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək 100 manat miqdarında cərimə ediliblər.
Obyektin sahibi Səfalı Rüstəmov qanunsuz əməlinə hüquqi qiymət verilməsi üçün onun barəsində toplanan material məhkəməyə göndərilib.
Azvision.az