Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub
  11 Aprel 2020    Oxunub:3124
Bakı şəhərinin Nəsimi rayonunda yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 50 m2 olan mənzilin yanar konstruksiyaları 35 m2 sahədə və ikinci mərtəbəsində ümumi sahəsi 50 m2 olan digər mənzilin döşəməsi 4 m2 sahədə yanıb.

Hər iki mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti