Siyavuş Novruzov müxalifətə diaqnoz qoydu

Siyavuş Novruzov müxalifətə diaqnoz qoydu
  02 Yanvar 2014    Oxunub:835
"Azərbaycanda müxalifətin vəziyyəti aсınacaqlı olacaq".
“Azərbaycanda bir neçə il müxalifətin vəziyyəti aсınacaqlı olacaq”. AzVision.az xəbər verir ki, bunu SalamNews-a Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

O bildirib ki, iqtidar düzgün addımlar atmayanda ölkədə güclü müxalifət yaranır: “Bu gün müxalifət ona görə zəifdir ki, iqtidarla xalq bir yerdədir. Cəmiyyəti düşündürən bütün məsələlərə, problemlərə və proseslərə iqtidar dərhal reaksiya verir. Bununla müxalifətə irad tutmaq üçün əsas vermir ”.
Siyasi qurumların fəaliyyətinə toxunan deputat vurğulayıb ki, ötən il Azərbaycanda bir sıra siyasi partiyaların vəziyyəti ürək açan olmayıb: “Dövlət büdcəsindən maliyyələşən partiyaların imkanları xeyli yaxşılaşıb. İctimai-siyasi fəaliyyət göstərmək üçün maddi bazaları möhkəmləndirilib. Bu cür partiyalar Milli Məclisdə də təmsil olunurlar. Amma digər partiyaların potensialı və fəaliyyəti imkan vermir ki, onlar Azərbaycanda özlərini siyasi partiya kimi adlandırsınlar”.

Onun sözlərinə görə, Milli Şuranın ətrafında cəmlənən partiyalar dağılır: “Bu qurumun özü də iflasa uğrayıb. Çünki yaranışı sağlam təməllərə əsaslanmırdı və iflası dərhal baş verdi. Əgər bir qurumun ictimai-siyasi proseslərə, cəmiyyətə təsir etmək imkanları yoxdursa, artıq o qurum hesab oluna bilməz. Milli Şuranın vəziyyəti də bu gün belədir. Burada ümumxalq və dövlətçilik maraqlar deyil, şəxsi maraqlar əsasında toplaşan insanlar yer alıblar. Şəxsi maraqlar imkan vermir ki, bu cür məsələlər düzgün və ədalətli həll olunsun".


Teqlər:  





Xəbər lenti