Bakıda iki məktəbdən oğurluq edilib

Bakıda iki məktəbdən oğurluq edilib
  11 Aprel 2020    Oxunub:2990
Paytaxda məktəbdən oğurluq edən şəxs saxlanılıb.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki orta məktəblərin birinin sinif otağından 748 manat dəyərində proyektor oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini F.İdrisov saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun digər bir orta məktəbdən 1 ədəd proyektor və 2 ədəd noutbuk oğurlaması da müəyyən edilib.

Azvision.az


Teqlər: Bakı   Məktəb   Oğurluq  





Xəbər lenti