Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, Kriminalistik Tədqiqatlar İdarəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən qızıl boyunbağı, kombi aparatı, 1 ədəd televizor, 1 ədəd noutbuk və 6 ədəd radiator oğurlamaqda şübhəli bilinən Hökməli qəsəbə sakini M.Məmmədov saxlanılıb.