Ramanadakı yanğın söndürülüb - Yenilənib

Ramanadakı yanğın söndürülüb -  Yenilənib
  11 Aprel 2020    Oxunub:3861
Bakı şəhərinin Sabunçu rayonu, Ramana qəsəbəsində 600 m² sahədə mazut qalıqları və qamışlıq sahə yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində mazut qalıqlarının yanması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Azvision.az


Teqlər: Yanğın   FHN  





Xəbər lenti