Şəmkirdə karantin rejimini pozanlar həbs olundu - FOTO
Polis əməkdaşları vətəndaşa karantin qaydalarını izah edərək bunun yolverilməz olduğunu bildiriblər və sürücüdən geri qayıtmasını tələb ediblər. Bu zaman Orxan Hüseynov polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymaraq postu qanunsuz keçib. Məsuliyyətdən yaxa qurtarmaq məqsədilə ara yollarla Qazax rayonuna qədər gedib çatan sürücü geri qayıdan zaman yenə də Şəmkir rayonun Düyərli kəndi ərazisindəki polis postunu qanunsuz keçmək istəyib. Lakin cəmi bir neçə metr irəlilədikdən sonra idarəetməni itirərək qəza törədib.
Nəticədə sürücü və yanındakı sərnişin, Şəmkir rayon sakini Ülvi Süleymanov yüngül bədən xəsarətləri alıb. Polis əməkdaşları dərhal qəza baş verən əraziyə təcili tibbi yardım xidmətinin əməkdaşlarını çağırıb. Hər iki şəxsə ilkin tibbi yardım göstərilib, səhhətlərində ciddi problemin olmadığı aşkarlanıb.
Sürücü və sərnişin aidiyyəti məhkəmənin qərarı ilə 30 sutka həbs olub. Bundan başqa Orxan Hüseynov bir illik sürücülük hüququndan da məhrum edilib.
Azvision.az