Sabaha gözlənilən hava proqnozu
Havanın temperaturu gecə 7-10° isti, gündüz 12-15° isti, Bakıda gecə 7-9° isti, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz. Arabir duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-8° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, aprelin 13-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azvision.az