Tovuzda bir ailənin 5 üzvü zəhərlənib
Belə ki, bir ailənin beş üzvü - 1957-ci il təvəllüdlü Əhmədova Xanım Sabir qızı, 1986-cı il təvəllüdlü Əhmədov Taleh Əli oğlu, 1995-ci il təvəllüdlü Cəfərova Aysel Cümşüd qızı, 2014-cü il təvəllüdlü Əhmədov İlkin Taleh oğlu və 2015-ci il təvəllüdlü Əhmədov Nihat Taleh oğlu zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Bildirilir ki, onlar dağdan yığıb yedikləri bitkidən zəhərləniblər. Hazırda vəziyyətləri qənaətbəxş hesab olunur.
Azvision.az
Teqlər: Tovuz Zəhərlənmə