Bakıda mebel təmiri sexi yanıb

Bakıda mebel təmiri sexi yanıb
  13 Aprel 2020    Oxunub:2764
Bakıda yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, şəhərin Binəqədi rayonunda ümumi sahəsi 60 m² olan ikimərtəbəli mebel təmiri sexinin dam örtüyü, ikinci mərtəbəsinin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yüksək temperaturdan tikilinin birinci mərtəbəsinin lambirindən ibarət tavanı əriyib.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti