Gəncədə 97 ədəd mərmi tapıldı
Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində əraziyə sonradan atılmış, kustar üsulla bir hissəsi utilizasiya olunmuş 53 ədəd 122 mm-lik top mərmisi, 7 ədəd 100 mm-lik top mərmisi, 36 ədəd 76 mm-lik top mərmisi, 3 ədəd 122 mm-lik top mərmisinin gilizi, həmçinin tərkibində partlayıcı maddə olmayan 1 ədəd 122 mm-lik top mərmisi və 2 ədəd boş giliz aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Mərmilərin ətrafında 450 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Azvision.az
Teqlər: ANAMA