Ağsudan meşə ilə Şamaxıya keçənlər tutuldu - FOTO
Bundan başqa, Ağsu və Kürdəmir rayonları arasında yaradılan postda “Kamaz” markalı yük maşını postu keçərkən polisin “saxla” əmrinə tabe olmayıb. Ağsu RPŞ-nin əməkdaşları nəqliyyat vasitəsini saxlamağa nail olublar və sürücünün Kürdəmir rayon sakini Sübhan Qədiyev olduğu müəyyən edilib.
Sübhan Qədiyevin həmyerlisi Mənsur Mütəllimovu yük maşınının yatacaq hissəsində gizlədərək, Ağsu rayonu ərazisinə keçirmək istədiyi məlum olub. Həmin şəxslər də saxlanılaraq, barələrində protokol tərtib olunub və məhkəmənin qərarı ilə həbs olunublar.
Azvision.az
Teqlər: DİN