Bakıda içərisində 11 700 dollar olan seyf oğurlanıb

Bakıda içərisində 11 700 dollar olan seyf oğurlanıb
  14 Aprel 2020    Oxunub:2899
Bakıda mənzildən külli miqdarda vəsait oğurlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən içərisində 11 700 ABŞ dolları olan seyf oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Tağıyev saxlanılıb.

Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Oğurluq  





Xəbər lenti