Bakıda saxta pul satan dəstə ifşa olundu

Bakıda saxta pul satan dəstə ifşa olundu
  14 Aprel 2020    Oxunub:2322
Bakıda saxta əskinaslar satan dəstə zərərsizləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Bakı şəhər sakinləri N.Qədirov, E.Abdullazadə, N.Hüseynov, C.Dövlətov və M.Usubova aprelin 9-da Nərimanov rayonu ərazisində 24 ədəd 100 manatlıq saxta əskinası (2400 manat) şərti alıcıya satarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: DİN   Saxta   Pul  





Xəbər lenti