Taksi sürücüsünü bıçaqladı, cinayəti etiraf etdi
Məlumatla əlaqədar Bərdə Rayon Polis Şöbəsində dərhal əməliyyat-istintaq qrupu yaradılıb, araşdırmalara başlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, şəxsiyyəti istintaqa məlum olmayan şəxs K. Əhmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobilə sərnişin qismində oturub, Lənbəran kəndinə gedib və orada zərərçəkmişin bədən nahiyələrinə qəsdən 3 bıçaq zərbəsi endirərək ağır bədən xəsarətləri yetirib, avtomaşını isə kənd ərazisindəki kanala atıb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən Bərdə rayon Lənbəran kəndində yaşayan Rəşad Mirzəyev saxlanılıb. Cinayət əməli olan bir ədəd bıçaq maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.
Dindirilmə zamanı R. Mirzəyev hadisəni şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı törətdiyini etiraf edib.
Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirlir.
Azvision.az