Ordu İngilis dili öyrənir

Ordu İngilis dili öyrənir
  03 Yanvar 2014    Oxunub:923
Silahlı Qüvvələrimizin nümayəndələri Böyük Britaniyada keçiriləcək hərbi ingilis dili kursunda iştirak edəcəklər.
Yanvarın 20-də Böyük Britaniyanın Şrivenham şəhərində hərbiçilər üçün ingilis dili kursu başlayacaq. Bu barədə AzVision.az -a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən təşkil ediləcək kursda Silahlı Qüvvələrimizin nümayəndələri də iştirak edəcəklər.

Kurs aprelin 11-dək davam edəcək.


Teqlər:





Xəbər lenti