Beyləqanda 2 top mərmisi və raket tapılıb
Agentliyin mütəxəssisləri və Beyləqan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində tərkibində partlayıcı maddə olmayan 2 ədəd 125 mm-lik top mərmisi (3BM-125), 1 ədəd 122 mm-lik raket (9M22U) və 2 ədəd 125 mm-lik top mərmisinin gilizi aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Mərmilərin ətrafında 150 kv.m əraziyə yerüstü baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Azvision.az
Teqlər: ANAMA