Bərdədə güclü yanğın olub

Bərdədə güclü yanğın olub
  15 Aprel 2020    Oxunub:3773
Bərdədə güclü yanğın baş verib.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə rayonun Həsənqaya kəndində ümumi sahəsi 420 kvadratmetr olan tikilidə qeydə alınıb. Nəticədə bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərin - çörəkbişirmə sexinin, avtoyuma məntəqəsinin və qaynaq sexinin lambirindən ibarət tavanı və taxta materiallardan ibarət çardağı 150 kvadratmetr sahədə, qaynaq sexində olan “Mercedes” markalı mikroavtobus yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti