Biləcəridə evdən 5 minlik qızıl oğurlanıb

Biləcəridə evdən 5 minlik qızıl oğurlanıb
  15 Aprel 2020    Oxunub:2374
Bakıda oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2019-cu il dekabrın 20-dən cari il aprelin 13-dək olan müddətdə Biləcəri qəsəbəsindəki evlərin birindən 5100 manat dəyərində qızıl-zinət əşyaları və su qızdırıcısı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Həmidov saxlanılıb.

Araşdırma aparılır.

Azvision.az


Teqlər: Bakı   Oğurluq  





Xəbər lenti