ANAMA-nın direktoru:`təmizlədiyimiz ərazilərə sertifikat veririk`

ANAMA-nın direktoru:`təmizlədiyimiz ərazilərə sertifikat veririk`
  03 Yanvar 2014    Oxunub:1280
Nazim İsmayılov “Minadan təmizlədiyimiz ərazilərdə problem olmayıb”.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənmiş bütün ərazilərdən istifadə olunur. AzVision.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında ANAMA-nın direktoru Nazim İsmayılov bildirib.

N. İsmayılovun sözlərinə görə, bu fakt minadan təmizlənmiş ərazilərin istifadə imkanlarının öyrənilməsi üçün yaradılmış komissiya tərəfindən hazırlanmış hesabatda da əksini tapıb: «Biz təmizlədiyimiz ərazilərə sertifikat veririk. Təmizlədiyimiz ərazilərlə bağlı indiyədək heç bir problem yaşanmayıb və hazırda həmin ərazilər həm dövlət layihələrinin həyata keçirilməsində, həm də vətəndaşlar tərəfindən istifadə edilir».

ANAMA direktoru qeyd edib ki, humanitar minatəmizləmə ilə hərbçilərin həyata keçirdikləri minatəmizləmə arasında fərq var. Buna görə də Sərhəd Qoşunları, Daxili Qoşunlar və digər qurumlar mina təhlükəsi olan yerlərin, keçmiş poliqonların ərazilərinin təmizlənməsi üçün ANAMA-ya müraciət edir.


Teqlər:  





Xəbər lenti