Masallıda partlayış: 3 nəfər dağıntılar altında qaldı
Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri 2-si azyaşlı olmaqla 3 nəfəri dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Azvision.az