4 kq-dan artıq narkotik dövriyyədən çıxarıldı

Onun idarə etdiyi avtomobilə özünün iştirakı ilə keçirilən baxış zamanı ön oturacağın alt hissəsindən polietilen torbada 3 bağlamada ümumi çəkisi 3 kiloqram 340 qram narkotik vasitə heroin, 1 bağlamada çəkisi 800 qram olan psixatrop maddə metamfetamin, həmçinin avtomobilin arxa oturacağının üzərindəki gödəkçənin cibindən bir ədəd elektroşok aparatı və bir ədəd gümüşü metaldan olan kəsici alət aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Azvision.az
Teqlər: DİN