İcazə üçün sms yazıb futbol oynayanlar cərimələndi

Belə ki, 8103 nömrəsinə həqiqətə uyğun olmayan müraciətlər edərək epidemiya əleyhinə rejimin qaydalarını pozan 6 nəfər Lənkəran şəhər sakininin Nəsimi küçəsində futbol oyunu təşkil etdikləri aşkarlanıb.
Həmin şəxslər Lənkəran Şəhər Rayon Polis Şöbəsinə gətirilib və hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək 100 manat məbləğində cərimə olunublar.
Azvision.az