Keçmiş məhkumun yeni cinayətləri üzə çıxdı

Keçmiş məhkumun yeni cinayətləri üzə çıxdı
  16 Aprel 2020    Oxunub:2821
Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən pul, mobil telefon və gümüş əşyalar, bir klinikadan isə içərisi boş olan seyfi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Mirzəyev yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, onun ətrafında aparılmış tədbirlərlə həmin şəxsin digər bir nəfərlə birgə rayon ərazisindəki kofe klubundan 8 min manat dəyərində kofe və avadanlıq oğurlaması da müəyyənləşdirilib.

Faktlarla bağlı araşdırmalar aparılır.

Azvision.az



Teqlər: DİN   Cinayət  





Xəbər lenti