Kaspşikin mandatı daha bir il müddətinə uzadıldı

Kaspşikin mandatı daha bir il müddətinə uzadıldı
  03 Yanvar 2014    Oxunub:942
Polşalı diplomat 17-ci dəfə ATƏT sədrinin şəxsi nümayəndəsi təyin olunub.

ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi, polşalı diplomat Anjey Kaspşik 17-ci dəfə ATƏT sədrinin şəxsi nümayəndəsi təyin olunub.

AzVision.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Didye Burkxalter Anjey Kaspşikin mandatını növbəti dəfə bir il müddətinə uzadıb.

Anjey Kaspşik bu vəzifəni 1997-ci ilin yanvarından icra edir.

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədri isveçrəli diplomat Anjelo Qnadingeri özünün Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyin edib.

Bu il yanvarın 1-dən ATƏT-də sədrlik Ukraynadan İsveçrəyə keçib. İsveçrə Cənubi Qafqazda dialoq və sabitliyə nail olmağı sədrliyi dövrünün prioritetlərindən biri kimi göstərib.


Teqlər:  





Xəbər lenti