Xadimə evdən 30 minlik qızıl oğurladı

Xadimə evdən 30 minlik qızıl oğurladı
  16 Aprel 2020    Oxunub:2850
Bakıda evdən külli miqdarda qızıl oğurlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari il mart ayının 15-dən aprelin 15-dək olan müddətdə rayon ərazisindəki evlərin birindən 30.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən həmin evdə xadimə işləyən Bakı şəhər sakini C.Əliyeva saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti