Xırdalanda oğurluq edən qardaşlar tutuldu

Xırdalanda oğurluq edən qardaşlar tutuldu
  16 Aprel 2020    Oxunub:2091
Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari il mart ayının 10-dan aprel ayının 14-dək olan müddətdə Xırdalan şəhərindəki evlərin birindən 2630 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş S.Rəhimov, əvvəllər məhkum olunmuş qardaşı və əvvəllər məhkum olunmuş T.Nəsrullayev saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, ətraflarında aparılmış tədbirlərlə onların daha 3 evdən pul, məişət əşyaları və təmir alətləri oğurlamaları da müəyyən edilib.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti