Oqtay Əsədov üçün özəl gün

Oqtay Əsədov üçün özəl gün
  03 Yanvar 2014    Oxunub:1075
Yanvarın 3-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun 59 yaşı tamam olub.
AzVision.az xəbər verir ki, O.Əsədov 1955-ci il yanvarın 3-də Ermənistan Respublikası Qafan rayonunun Şəhərcik kəndində anadan olub. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun maşınqayırma texnologiyası fakültəsini bitirib. Beynəlxalq Su Assosiasiyasının üzvüdür.

1976-cı ildən Bakı Məişət Kondisionerləri zavodunda usta köməkçisi, usta işləyib. 1979-cu ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi İnşaat İşləri İdarəsinin böyük mühəndisi, 1981-ci ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi Tikinti İşləri Nazirliyinin «Azərsantexquraşdırma» Trestinin böyük texnoloqu, idarə rəisi, birlik rəisi olub. 1996–2004-cü illərdə Abşeron Regional Səhmdar Su Cəmiyyətinin, 2004–2005-ci illərdə «Azərsu» Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsində çalışıb.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

İkinci (2000-ci il), üçüncü (2005-ci il) Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2010-cu il noyabrın 7-də 8 saylı Binəqədi birinci seçki dairəsindən dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 2005-cı ildən parlamentin Sədri vəzifəsində çalışır.

MDB-nin Parlamentlərarası Assambleyasında və Türkdilli Dövlətlərin Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin rəhbəridir.

Evlidir, 2 övladı var.


Teqlər:





Xəbər lenti